» » Dişi kariesdən qoruyan "ömürlük" plomb kəşf edildi

Dişi kariesdən qoruyan "ömürlük" plomb kəşf edildi

Bölmə: Dünya, MARAQLI
Dişi kariesdən qoruyan "ömürlük" plomb kəşf edildi
Rusiyadan olan bir qrup alim tərəfindən plombların istifadə müddətini uzadan, dişləri karies və mikroblardan müdafiə edən "ömürlük" nanomaterial hazırlanıb.

Xalqinfo.az Trend-ə istinadən bildirir ki, alimlər yeni materialın stomatologiyada texnoloji inqilab yaradacığına əmindirlər.

Nanohissəciklər özündə titan, dəmir, sink və digər metalların oksidini birləşdirir. Bir sıra eksperimentlərin nəticəsinə görə, sözügedən maddələrin cüzi konsentrasiyası belə orqanizmin özünün ifraz etdiyi təbii fermentlər kimi bütün zərərverici mikrob və bakteriyaları məhv edir.

Alimlərin sözlərinə görə, nanohissəciklərdən ibarət xüsusi antibakterial əlavənin istifadəsi başqa stomatoloji materialların hazırlanmasında da nəzərdə tutulur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler