» » “Ölkəni artıq onlar idarə edir” -

“Ölkəni artıq onlar idarə edir” - ABŞ-da dövlət çevrilişi

Bölmə: Dünya
“Ölkəni artıq onlar idarə edir” -
ABŞ prezidenti Donald Tramp hazırda əhəmiyyətli dövlət qərarlarının qəbulundan de-fakto kənarlaşdırılıb”.

Xalqinfo.az xəbər verir ki, bunu Rusiya publisisti, blogger və analitiki Vladimir Qolışev Ukraynanın “Obozrevatel” nəşrinə açıqlamasında deyib.

O qeyd edib ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) qərarların qəbul olunması mərkəzinə çevrilib.

“Donald Tramp Amerikanın rəhbəri deyil. Mən böyük, qətiyyətli və cəsarətli Tramp haqqında eşidirəm. Bu, fikirlər sadəcə gülüş doğurur. Trampın seçkiqabağı bəyanatlarını xatırlayaq: “Amerika dünya jandarmı rolunu oynamağa son qoymalıdır”, "Amerika əsas diqqətini daxili problemlərə yönəltməlidir”, “Amerika özünü beynəlxalq siyasət və beynəlxalq təhlükəsizliyə xərcləməməlidir”. Bundan başqa, Ağ Evin yeni başçısı Putinlə bağlayacaq “böyük saziş”dən danışırdı. Tramp indi tamamilə başqa siyasət aparır. Bunun yalnız bir səbəbi ola bilər: onu hakimiyyətdən kənarlaşdırıblar”, - Qolışev hesab edir.

Analitik qeyd edir ki, ABŞ-da hazırda bütün hərbi-siyasi məsələləri de-fakto hərbçilər həll edir: “Bir məsəli xatırlayın: Müharibə çox ciddi işdir və onu hərbçilərə etibar etmək lazımdır. Çünki ordunun daxili korporativ maraqları, yumşaq desək, həmişə dinc əhalisinin maraqları ilə uyğun gəlmirlər. ABŞ-da hazırda bütün hərbi-siyasi məsələləri de-fakto hərbçilər həll edir. Onlardan başqa de-fakto heç bir baş komandan yoxdur, bütün məsələlər tamamilə onların səlahiyyətindədir. Tramp piar üçün kadr təyinatlarından istifadə etdi. O, ən məşhur generallardan olan “Quduz it” ləqəbli Ceyms Mettisi Pentaqonun başçısı təyin etdi. Bu səviyyədə olan insanlar rəhbər kresloları yalnız o şərtlə tutmağa razılaşırlar ki, onlara qərarların qəbul olunmasında həlledici söz üçün zəmanət verilsin”.

Qolışevin qiymətləndirməsinə görə, Trampın administrasiyasında güc blokunun fəaliyyətinə vitse-prezident Maykl Pens nəzarət edir. Onun iddiasına görə, Trampı yalnız Suriyaya raket zərbələrindən sonra bu haqda xəbərdar ediblər.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 “Tomahawk” raketi atıb. Zərbələr nəticəsində müxtəlif məlumatlara görə, 4-dən 10-a qədər Suriya hərbçisi ölüb, bazasının infrastrukturu dağıdılıb. Donald Tramp daha sonra Konqres üzvlərinə məktub yazaraq öz qərarını izah edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler