» » Suriyanın vurulması Trampın reytinqini qaldırdı -

Suriyanın vurulması Trampın reytinqini qaldırdı - SORĞU

Bölmə: Dünya
Suriyanın vurulması Trampın reytinqini qaldırdı -
Suriyanın Şayrat bazasına endirilən raket zərbələri ABŞ prezidenti Donald Trampın reytinqini kəskin artırıb.

Xalqinfo.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda CBS News telekanalının keçirdiyi sorğunun nəticələrində deyilir.

Məlumata görə, martın sonunda Trampın reytinqi 35 faiz təşkil edirdi. Hazırda rəyi soruşulanların 43 faizi Trampı dəstəklədiyini bildirib.

Daha əvvəl qeyd edilirdi ki, “Huffington Post” nəşri və “YouGov” şirkətinin keçirdiyi sorğuya əsasən amerikalıların yarısından çoxu (51 faiz) Suriyaya raket zərbələrinin endirilməsi barədə Trampın qərarını dəstəkləyirlər. “CBS News” analoji sorğusunun nəticələri göstərir ki, respondentlərin 57 faizi prezidentin bu qərarından razı qalıb.

Xatırladaq ki, aprelin 7-də ABŞ Suriyanın Şayrat bazasına 59 raket zərbəsi endirib. Zərbələr nəticəsində müxtəlif məlumatlara görə, 4-dən 10-a qədər Suriya hərbçisi ölüb, bazasının infrastrukturu dağıdılıb. Vaşinqton bu addımı Əsəd rejiminin İdlibdə tətbiq etdiyi kimyəvi hücuma cavab olaraq atdığını bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler