» » Suriyaya zərbə

Suriyaya zərbə

Bölmə: Dünya
Suriyaya zərbə

Suriya təyyarəsi hava müdafiə sistemləri tərəfindən vurulub
İsrail ordusu bir Suriya təyyarəsini vurduğunu açıqlayıb.

ans press-in məlumatına görə, təyyarə İsrail hava sərhədlərini pozduğu üçün vurulub. İsrail ordusundan bildirilib ki, təyyarə Suriya sərhədindəki hava müdafiə sistemləri tərəfindən vurulub.

Qolan Təpələri adlı ərazidə vurulan Suriya ordusuna aid döyüş təyyarəsi Suriya ərazisindəki Kanakir bölgəsinə düşüb.
Suriya tərəfi də təyyarənin İsrail tərəfindən vurulduğunu təsdiqləyib.

Qeyd edək ki, İsrail ordusu üç həftə əvvəl də eyni bölgədə bir pilotsuz təyyarə vurduğunu açıqlamışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler