» » Stokholmda terror törədən şəxs saxlanıldı -

Stokholmda terror törədən şəxs saxlanıldı - Foto

Bölmə: Dünya
Stokholmda terror törədən şəxs saxlanıldı -
Stokholm polisi yük maşınını insanların üzərinə sürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə TASS agentliyi Aftonbladet qəzetinə istinadla məlumat verib. Xəbərə əsasən, saxlanan şəxsin yüngül xəsarətlər aldığı məlum olub və o, hadisədə əli olduğunu etiraf edib.

Qəzetin mənbələrinin bildirdiyinə görə, həmin şəxsin əlamətləri polisin açıqladı şəxsin əlamətləri ilə üst-üstə düşür. Lakin İsveç polisi hələ ki bu məlumatı təsdiq etməyib. Polis hadisəni terror aktı kimi araşdırır.

Xatırladaq ki, naməlum şəxs Stokholmda qaçırdığı yük avtomobilini insanların üzərinə sürüb. Nəticədə 3 nəfər həlak olub, 15 nəfər yaralanıb. Oxşar hadisə bir müddət əvvəl Almaniyanın Qeydelberq şəhərində, Londonda, ötən il isə Nitsada baş vermişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler