» » ABŞ-da məhkəmə prezidentin əleyhinə növbəti qərar çıxardı

ABŞ-da məhkəmə prezidentin əleyhinə növbəti qərar çıxardı

Bölmə: Dünya
ABŞ-da məhkəmə prezidentin əleyhinə növbəti qərar çıxardı
ABŞ-ın Havay ştatı məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salınması barədə hökmünü uzadıb.

Xalqinfo.az xəbər verir ki, qərar hakim Derrik Uotson tərəfindən çıxarılıb. Martın 18-də ABŞ Ədliyyə nazirliyi Havay ştatı məhkəməsinin qərarından apelyasiya vermişdi.

Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İraqın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib. Martın 16-da ABŞ-ın Havay ştatı məhkəməsi D.Trampın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb. (apa)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler