» » Avstraliyada güclü “Debbi” qasırğası baş verib, ölən var

Avstraliyada güclü “Debbi” qasırğası baş verib, ölən var

Bölmə: Dünya
Avstraliyada güclü “Debbi” qasırğası baş verib, ölən var
Avstraliyanın şimal-şərqində yerləşən Kvinslend ştatında “Debbi” qasırğası baş verib.

Xalqinfo.az Report-a istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Meteoroloji Bürosu məlumat yayıb.

Büro bundan əvvəl qasırğa barədə xəbərdarlıq edib və bunun 2011-ci ildə baş verən tropik “Yasi” qasırğasından daha pis ola biləcəyini xəbər verib.

Qasırğa daha çox Makkay şəhərinə ziyan vura bilər. Yaxınlaşmaqda olan qasırğa nəticəsində artıq bir nəfər ölüb, 30 mindən çox insana evlərini tərk etmək tövsiyə olunub, Taunsvill beynəlxalq hava limanının işi dayandırılıb.

Meteoroloqlar qasırğanı 5 mümkün dərəcədən 4-cüyə aid ediblər. Hazırda küləyin sürəti saatda 260 km təşkil edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler