» » Belorus müxalifətinin mitinqi dağıdıldı -

Belorus müxalifətinin mitinqi dağıdıldı - yüzlərlə həbs + Foto+Video

Bölmə: Dünya
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Xalq Respublikasının yaradılmasının 99-cu ildönümü - Azadlıq günü ilə bağlı aksiya keçirməyə cəhd göstərib.

Lakin aksiyanın qarşısı alınıb və bu zaman 100-dən çox adam həbs edilib. Məlumata görə, həbs edilənlər arasında hüquq müdafiəçiləri və jurnalistlər, o cümlədən əcnəbilər var. Etiraz aksiyasının keçiriləcəyi barədə müxalifət əvvəlcədən anons etdiyi üçün paytaxtda təhlükəsizlik tədbirləri də yüksək səviyyədə hazırlanıbmış.

Məlumata görə, hətta Minsk küçələrinə zirehli avtomobillər çıxarılıbmış. Yerli hakimiyyət orqanları ilə razılaşdırılmayan mitinq başlayandan az sonra əraziyə OMON-çularla dolu maşınlar gəlib.

Bundan sonra isə mitinqçilərə qarşı kortonlar qurulub. Jurnalistlərin sözlərinə görə, aksiya iştirakçılarının həbsi kobud və xaotik şəkildə həyata keçirilib. “Hamıya qarşı kobudluq edirdilər, fərq qoymurdular qızdır, ya oğlan”-şahid jurnalistlərdən biri deyib.

Bu gün ölkə müxalifəti prezident Aleksandr Lukaşenkonun 2015-ci ildə vergi qanunvericiliyi ilə əlaqədar imzaladığı fərmana qarşı “Qəzəbli belorusların marşı”nı keçirməyi də planlaşdırırmış.Ancaq ilk aksiya kimi, budəfəki yürüş-mitinq də baş tutmayıb /Musavat.com/.


Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -
Belorus müxalifətinin mitinqi dağıdıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler