» » Tramp kobud səhvi ilə yenidən gündəmdə

Tramp kobud səhvi ilə yenidən gündəmdə

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Tramp kobud səhvi ilə yenidən gündəmdə
ABŞ prezidenti Donald Tramp siyasətçiləri səhv salmağı ilə yenidən müzakirə mövzusuna çevrilib.

"Xalqinfo" Financial Times-a istinadən xəbər verir ki, bu haqda Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker açıqlama verib. O, Trampın onu Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla qarışdırmasını bağışlanmaz səhv adlandırıb:

"Tramp Avropa işlərindən heç nə başa düşmür. O, Tuskla telefonla danışıb, amma onun mən olduğunu zənn edib".

Yunker əlavə edib ki, bu hadisə tarixdə ilk dəfə qeydə alınıb və onu deməyə əsas verir ki, ABŞ kimi bir ölkənin lideri Avropa haqda maraqlı deyil.

O, vurğulayıb ki, növbəti ay Vaşinqtona səfərə gedəcək, amma Trampla görüşüb-görüşməyəcəyini bilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler