» » Avropa qan gölünə çevriləcək, 4 ölkə... –

Avropa qan gölünə çevriləcək, 4 ölkə... – Trampa xəbərdarlıq

Bölmə: Dünya
Avropa qan gölünə çevriləcək, 4 ölkə... –
Avropa İttifaqı dağılacağı halda Balkan regionunda müharibə başlana bilər.

Xalqinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker “Financial Times” nəşrinə müsahibəsində danışdı.

Yunkerin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Böyük Britaniyanın Avropa İttifaqından çıxışına dəstəyi təəccüb və narahatlığa səbəb olur. Avropalı məmur hesab edir ki, ABŞ prezidenti postunu tutan biznesmen Avropanın mürəkkəb tarixi ilə az tanışdır.
O həmçinin bildirib ki, Brüsselə səfərinin gedişatında Avropa İttifaqının dağılmasının mümkün nəticələri haqqında ABŞ-ın vitse-prezidenti Mayk Pensi xəbərdar edib.

“Başqa ölkələri Avropa İttifaqından çıxmağa dəvət etmək lazım deyil. Çünki əgər Avropa İttifaqı dağılacaqsa, Balkanın qərb hissəsində yeni müharibə başlanacaq”, - Avropa Komissiyasının başçısı bildirib.

Onun fikrincə, region ölkələri Avropa İttifaqına üzvlük perspektivini nümayiş etdirməlidir. Jan-Klod Yunker hesab edir ki, əks təqdirdə Balkan dövlətləri - Bosniya və Herseqovina, Serbiya, Makedoniya və Albaniya arasında müharibə alışa bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler