» » Ermənistanda növbəti etiraz aksiyası başladı

Ermənistanda növbəti etiraz aksiyası başladı

Bölmə: Dünya
Ermənistanda növbəti etiraz aksiyası başladı

Axşam saatlarında Ermənistan paytaxtında növbəti mitinq başlayıb.

Xalqinfo.az xəbərinə görə, Azadlıq meydanında keçirilən aksiya 22 martda Şaumyanski məzarlığında dəfn edilən “çörəkdaşıyan” Artur Sərkisyanın xatirəsinə həsr olunub. Hakimiyyət 16 martda müəmmalı şəkildə ölən “Sosna Tser” qruplaşmasının ərzaq təminatçısına həsr olunmuş aksiyanın tələblərini yerinə yetirməkdən imtina etdiyi üçün Şagen Arutyunyanın rəhbərlik etdiyi etirazçılar növbəti dəfə meydana çıxıb.

Aksiya əleyhinə çıxış edənlərə etiraz edən fəal bildirib ki, hüququnu dərk edən insanlar aksiyaya qatılmır, amma eyni zamanda feysbukda mübarizənin dayandırılmasını tələb edirlər. “Bəhanə axtarmağa çalışmayın, əgər siz bura gəlmirsiniz, sadəcə deyin ki, mübarizə aparmaq istəmirik. Özləri gəlmirlər, ancaq bizi tənqid edirlər, bu, biabırçılıqdır”-Arutyunyan onları “monoton mübarizə”də günahlandıranlara xitabən deyib.

Aksiya iştirakçıları Sərksiyanın fotosunun qarşısına gül dəstələri və çörəklər düzüb, onun ölümünə bais olanların cəzalandırılmasını tələb edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler