» » Sərnişin təyyarəsi təcili eniş etdi

Sərnişin təyyarəsi təcili eniş etdi

Bölmə: Dünya
 Sərnişin təyyarəsi təcili eniş etdi

Avstraliyanın "Rex Airlines" aviaşirkətinə məxsus təyyarə Dabbo şəhərində təcili eniş edib.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.

Dabbo-Sidney marşrutu üzrə uçan təyyarə hava limanına geri dönməli olub.

Təyyarənin göyərtəsində 26 sərnişinin olduğu bildirilir. İnsident nəticəsində zərərçəkən olmayıb.

Avstraliyanın Mülki Aviasiya İdarəsi insidentlə əlaqədar araşdırma aparır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler