» » Təhlükəsizlik xidməti ailəmizi izləyir -

Təhlükəsizlik xidməti ailəmizi izləyir - Gürcüstan prezidentinin qızı

Bölmə: Dünya
Təhlükəsizlik xidməti ailəmizi izləyir -
Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qızı qalmaqallı iddia səsləndirib.

Xalqinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Anna Marqvelaşvilinin iddiasında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları onun ailə üzvlərini təqib etdiyini vurğulayıb.

Bundan başqa, Anna onu da qeyd edib ki, polislər onların ailə dostu Mixail Tataraşvilinin cibinə narkotik atıblar. Tataraşvilinin saxlanıldığı gün barədə danışan Anna Marqvelaşvili “17 martda Mişa saxlanılan gün DTX-nin əməkdaşları ögey bacım Maşo Çiçuanın əri Mindiya Qoqoçurinin evinin qarşısında dayanmışdılar. Bilmirəm bunu təqib,yoxsa repressiya kimi qəbul edim”,-deyib.

Qeyd edək ki, ötən ilin yayında prezident Marqvelaşlivi təhlükəsizlik orqanlarının onun ailəsinə təzyiq göstərdiyini və icazəsiz onların evində axtarış apardığını bildirmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler