» » Pakistan parlamenti ölkədə məxfi hərbi məhkəmələrin bərpasını istəyir

Pakistan parlamenti ölkədə məxfi hərbi məhkəmələrin bərpasını istəyir

Bölmə: Dünya
Pakistan parlamenti ölkədə məxfi hərbi məhkəmələrin bərpasını istəyir
Pakistan parlamenti Konstitusiyaya düzəliş edərək terrorizmdə günahlandırılan ölkə vətəndaşlarının işləri ilə məşğul olan məxfi hərbi məhkəmələrin bərpa edilməsinin lehinə səs verib.

Yerli mətbuatın yaydığı məlumata görə, ölkənin mülki məhkəmələri bu cür işləri aparmaq üçün kifayət qədər təcrübəyə malik deyil və onlar terrorçuların hədəfinə tuş gəlməkdən qorxduqlarından bəzən kəsilən cəzalar reallığı əks etdirmir.

Bu məhkəmələrdə günahlandırılan şəxsin vəkil tutması, KİV-ə çıxması, məhkəmənin keçirildiyi vaxt və məkan haqqında məlumat ötürməsi, apelyasiya şikayəti verməsi qadağan edilib.

Məlumatda deyilir ki, ölkədə belə hərbi məhkəmələrin yaradılması 2014-cü ilin dekabrında Peşəvərdə terrorçuların hərbi məktəbə hücumu və 150-dən artıq adam öldürməsindən sonraya təsadüf edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler