» » KXDR-in növbəti raket sınağı uğursuzluqla nəticələnib

KXDR-in növbəti raket sınağı uğursuzluqla nəticələnib

Bölmə: Dünya
KXDR-in növbəti raket sınağı uğursuzluqla nəticələnib
Kyodo agentliyinin hökumətdəki mənbələrə istinadla yaydığı məlumata əsasən, Koreya Xalq Demokratik Respublikası (KXDR) Vonsan şəhərinin şərq sahilində raket sınağı keçirib. Raketin növü məlum deyil və sınağın uğursuzluqla başa çatdığı bildirilir.

Xəbər verdiyimiz kimi, KXDR martın əvvəllərində eyni vaxtda dörd raket buraxılışı həyata keçirib. Həmin raketlərdən biri Yaponiyanın Akita prefekturasından 200 kilometr, digərləri isə 300-500 kilometr məsafədə suya düşüb. Raketlər müəyyən vaxt fasilədən sonra biri-birindən 80 kilometr məsafədə düşüblər ki, bu da eyni nöqtədən buraxılan raketlər vasitəsilə müxtəlif obyektlərə zərbə endirməyin mümkünlüyünün araşdırıldığını deməyə əsas verir.

Yaponiyanın Baş naziri Şinzo Abe raket buraxılışlarını ölkəsi üçün “təhlükənin yeni səviyyəsi” adlandırıb. KXDR isə bunu sonradan Yaponiyadakı ABŞ bazalarına zərbə endirilməsi üzrə hərbi hissənin təlimlərinin tərkib hissəsi elan edib. Belə bir hərbi hissənin olması faktı Tokionu şok vəziyyətinə salıb. Bununla əlaqədar, Yaponiya KXDR-ə qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib.

Ötən bazar günü isə Pxenyan yeni, daha güclü raket mühərrikinin uğurlu sınağı barədə məlumat yayıb. KXDR lideri Kim Çen In bu hadisəni ölkədə raket sənayesinin “yeni doğuşu” adlandırıb.(Azərtac)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler