» » Merkel Ərdoğana cavab verdi - “Faşist” qalmaqalı böyüyür

Merkel Ərdoğana cavab verdi - “Faşist” qalmaqalı böyüyür

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Merkel Ərdoğana cavab verdi - “Faşist” qalmaqalı böyüyür
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniya kansleri Angela Merkelə “faşist” deməsinə qarşı tərəf reaksiya verib.

Xalqinfo”nun verdiyi xəbərə görə, A.Merkel Yaponiya Baş naziri Şinzo Abe ilə Hannoverdəki görüşü zamanı Türkiyə ilə münasibətlərdən danışıb. O, bildirib ki, türk liderlərin faşist müqayisəsi sona çatmalıdır:

“Bu şərhim “ammalar” və “əgər”lər olmadan vacibdir. Türkiyənin 16 aprel refendumu ilə bağlı Almaniyada təşkil edəcəyi tədbirlərin keçirilməsini qadağan edə bilərəm. Almaniya Xarici İşlər Nazirliyi ötən həftəTürkiyəyə nota göndərib. Bu notada Türkiyə siyasətçilərinin Almaniyadakı tədbirlərə qatılmasına konstitusiya tələbləri çərçivəsində icazə veriləcəyi qeyd edilib. Əks təqdirdə, referendum tədbirlərində iştirak etmək icazəsinə yenidən baxılacaq”.

Xatırladaq ki, Ərdoğan bundan öncə Merkelə ünvanlı şəkildə “Sən də indi faşist qaydalarını tətbiq edirsən. Kimə? Almaniyadakı türk qardaşlarıma və ya ora gedən nazir, millət vəkili qardaşlarıma”, - deyə açıqlama vermişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler