» » Tanıdığımız naməlum Türkiyə

Tanıdığımız naməlum Türkiyə

Bölmə: Dünya, MARAQLI
Tanıdığımız naməlum Türkiyə
Türkiyə 2017-ci ildə Rusiyadan 5 milyon turist qəbul etməyi planlaşdırır.

Xalqinfo.az Rusiya mətbuatına istinadən bildirir ki, turistlərin böyük əksəriyyəti İstanbul şəhərinə və Aralıq dənizi sahillərində yerləşən kurort şəhərlərə üz tutur. Halbuki ölkədə gəzməli-görməli maraqlı bölgələr də az deyil. Odur ki, Türkiyə müxtəlif mənzərəli təsvirlərlə ən çox gəlir götürdüyü rus turistlərin diqqətini çəkmək istəyir.

Beş min il əvvəl salınmış Kayseri şəhəri – onu Osmanlı San-Fransiskosu adlandırırlar. Burda müxtılif sivilizasiyalardan tarixi abidələr görməklə yanaşı, gözəl təbiətindən də zövq almaq olar. Şəhər Erciyas vulkanının ətəyində yerləşir.

Tanıdığımız naməlum Türkiyə














Bursa - əhalisinin sayına görə ölkənin dördüncü böyük şəhəri (İstanbul, Ankara və İzmirdən sonra). Şəhərin ən çox turist axışdığı məkanı Uludağ qış istirahət mərkəzidir. Bundan başqa, tarixi Yaşıl Məscid, Yaşıl Mavzoley və Ulu-Cami də diqqət çəkən yerlərdəndir. Bursadan 12 km aralıda Cumalıkızık qəsəbəsi yerləşir. Burda “konak” adlanan ənənəvi Osmanlı malikanələri yerləşir. Ümumilikdə, 270 ədəd belə tikili mövcuddur. 2014-cü ildən bu unikal qəsəbə bütövlükdə YUNESKO-nun irsi mühafizəsindədir.

Tanıdığımız naməlum Türkiyə














Dərinquyu – Türkiyənin yeraltı şəhəri demək olar. Kapadokiyanın yanında yerləşən mağaralardan ibarət şəhər turistlərin üzünə 1965-ci ildə açılıb. Elə türklərin özü də bu mağaralara 1963-cü ildən ayaq açıblar. Buranı yalnız yerli sakinlər bilirmiş və qədim zamanlarda təbii fəlakətlərdən, düşmənlərdən gizlənmək üçün istifadə edirmişlər.

Tanıdığımız naməlum Türkiyə














Nevşehir – Anadolu yaylasının tam mərkəzində yerləşən qayalı şəhər. Bir vaxtlar bu şəhər assuriyalılar, firikiyalılar və farslar tərəfindən zəbt olunub. Şəhər əslində Bizans imperiyasının olub. 1071-ci ildə isə türklərin ərazilərinə qatılıb.

Tanıdığımız naməlum Türkiyə














Trabzon – Qara dənizin sahilində yerləşən gözəl şəhərlərdən biri. Liman şəhəri olan Trabzon eradan əvvəl VIII əsrdə salınıb. Bu şəhər də Bizans imperiyasının ərazisi olduğundan indiyədək qədim arxitekturasını qoruyub saxlayır.

Tanıdığımız naməlum Türkiyə














Mardin – Türkiyənin Qüds şəhəri. Demək olar ki, açıq səma altında muzeydir. Qədim abidələrlə zəngindir, fərqli təbiəti var.

Tanıdığımız naməlum Türkiyə

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler