» » Almaniyada terror aktının qarşısı alındı

Almaniyada terror aktının qarşısı alındı

Bölmə: Dünya
Almaniyada terror aktının qarşısı alındı
Almaniyanın Essen şəhərində polis “Limbecker Platz” ticarət mərkəzində terror aktının qarşısını alıb.

Xalqinfo.az xəbər verir ki, polisə terror hücumunun yeri və vaxtı barədə dəqiq məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra ticarət mərkəzində olanlar təxliyə edilib, bina mühasirəyə alınıb.

Məlumata görə, əməliyyat zamanı iki nəfər saxlanılıb. Saxlanılanlar dindirilib, onların evlərinə baxış keçirilib.

Terror aktının İŞİD qruplaşması tərəfindən hazırlandığı bildirilir.

Terrorçular ticarət mərkəzində partlayış törətməyi planlaşdırırmışlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler