» » Çavuşoğlu Hollandiyaya buraxılmadı

Çavuşoğlu Hollandiyaya buraxılmadı

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Çavuşoğlu Hollandiyaya buraxılmadı
Hollandiya hökuməti Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəyə girişinin qarşısını almaq məqsədilə yeni addm atıb.

Xalqinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu məqsədlə Türkiyə XİN rəhbərinin Hollandiyaya uçuş icazəsi ləğv olunub.

Qeyd edək ki, Mövlud Çavuşoğlunun martın 11-də Hollandiyanın Rotterdam şəhərində referendumla bağlı keçirməyi planlaşdırdığı mitinqinə icazə verilməyib. Qərarı şəhərin bələdiyyə sədri Əhməd Abutalib açıqlayıb.

“Mövlud Çavuşoğlunun diplomatik toxunulmazlığı var və biz ona hörmət edəcəyik. Lakin cəmiyyətin olduğu ərazilərdə təşkil olunan tədbirlərə qadağa qoymaq üçün başqa üsullarımız var”, - deyə bələdiyyə rəhbəri bildirib.

Xatırladaq ki, martın 2-dən etibarən Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, keçmiş enerji və təbii qaynaqlar naziri Taner Yıldız, eləcə də Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyadakı toplantıları da ləğv olunub və iki ölkə arasında siyasi qalmaqal baş verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler