» » Əsəddən Trampa VETO:

Əsəddən Trampa VETO: “Mümkün deyil!”

Bölmə: Dünya
Əsəddən Trampa VETO:
Əsəd Rusiyanı İŞİD terror təşkilatı ilə mübarizə aparan tək real güc hesab edir.

Xalqinfo.az xəbər verir ki, bu haqda Suriya prezidenti Bəşər Əsəd Honkonqun “Phoenix TV” telekanalına müsahibəsində bildirib.

Əsəd qeyd edib ki, ABŞ-ın yeni administrasiyası ilə İŞİD-lə mübarizədə əməkdaşlıq imkanlarını praktik olaraq görmür.

“Dəməşq nəzəriyyədə terrorizmlə mübarizədə ABŞ prezidenti Donald Trampla əməkdaşlıq imkanlarını görür. Ancaq bu, təcrübədə hələlik mümkün deyil. Çünki Suriya və ABŞ arasında rəsmi səviyyədə əlaqələr yoxdur”, - dövlət başçısı izah edib.

O, həmçinin 2017-ci ildə ölkədə vətəndaş müharibəsinin başa çatacağına ümid etdiyini dilə gətirib: “Bizdə ümid var ki, müharibə bu il başa çatacaq. Ancaq bu, müharibədir və heç vaxt nə olacağını dəqiq bilmirsən”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler