» » Daha bir ölkə FETÖ-ya qarşı

Daha bir ölkə FETÖ-ya qarşı

Bölmə: Dünya
Daha bir ölkə FETÖ-ya qarşı
Madaqaskar Fətullahçı Terror Təşkilatına (FETÖ) məxsus məktəbləri Türkiyə Maarif Fonduna (TMV) təhvil verib.

Xalqinfo.az “Anadolu”ya istinadən xəbər verir ki, TMV-nin icraçı direktoru Həsən Yavuz, Türkiyənin Antananarivo səfiri Volkan Türk Vuralın da iştirakı ilə Madaqaskar Təhsil Naziri Pol Andrianaina Rabari ilə ölkədəki FETÖ məktəblərinin TMV-yə təhvil verilməsinə dair razılıq müqaviləsi imzalanıb.

H. Yavuz, alınan üç məktəbdə təhsilin sentyabr ayından etibarən Maarif Fondu tərəfindən veriləcəyini deyib.

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın yanvar ayında həyata keçirdiyi səfər sonrası danışıqlara başladıqlarını xatırladan H.Yavuz, ölkənin Mahajanga şəhərində həmçinin yeni bir məktəbin açılması məsələsində də razılıq əldə olunduğunu bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler