» » Baş nazirin mühafizəçiləri kütləvi halda zəhərləndi -

Baş nazirin mühafizəçiləri kütləvi halda zəhərləndi - ŞOK OLAY

Bölmə: Dünya
Baş nazirin mühafizəçiləri kütləvi halda zəhərləndi -
Türkiyənin baş naziri Binəli Yıldırımın mühafizəçiləri zəhərlənib.

Xalqinfo.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, ötən gün İzmir şəhərində görüşlər keçirən baş nazirin 17 mühafizəçisi eyni şikayətlə müxtəlif xəstəxanalara yerləşdirilib.

Xəbərdə bildirilir ki, mühafizəçilər axşam yeməyindən sonra xəstəxanalara müraciət edib. Onların kartof püresi və toyuq əti yediyi bildirilir. Yeməklərdən nümunələr alınıb və laboratoriyalara göndərilib.

Mühafizəçilər ilkin müayinə və müalicədən sonra xəstəxanadan buraxılıb. Onların vəziyyəti normal qiymətləndirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler