» » "Bizə demokratiya dərsi verməyə cəhd etməyin" -

"Bizə demokratiya dərsi verməyə cəhd etməyin" - Mövlud Çavuşoğlu

Bölmə: Dünya
"Bizə demokratiya dərsi verməyə cəhd etməyin" -
"Sistemli maneələrlə qarşı-qarşıyayıq. Lakin bu maneələr bağlarımızı qopara bilməz".

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Mövlud Çavuşoğlu Almaniyanın Hamburq şəhərində çıxışı zamanı deyib.

Nazir çıxışı zamanı prezident Rəcəb Tayyib Ərdoğanın və MHP lideri Dövlət Baxçalının salamını gətirdiyini bildirib:

“Açıq havada vətəndaşlarımızı üşütmək, ətrafdakıları narahat etmək istəməzdik. Əlbəttə bunun məsuliyyətini toplantılarımızı ləğv edənlər daşıyır. 20 ildir ki, fəaliyyət göstərən salonu indi bağladılar. İndiyə kimi haradaydınız? Buna sistematik manenin yaradılması deyilir. Almaniya hər zaman dost olaraq görmək istədiyimiz ölkədir.


Lakin vətəndaşlarımıza edilən təzyiqlər dostluğumuza yaraşmır. Bizə demokratiya dərsi verməyə cəhd etməyin. Xahiş edirik ki, bu yanlış siyasətinizdən əl çəkəsiniz. Bizim prinsipimizdə dost ölkənin daxili işlərinə qarışmaq məsələsi yoxdur”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler