» » Türkiyə suriyalı pilotu təhvil verməyəcək

Türkiyə suriyalı pilotu təhvil verməyəcək

Bölmə: Dünya
Türkiyə suriyalı pilotu təhvil verməyəcək
Türkiyə Baş naziri Binəli Yıldırım Suriya qırıcısının pilotu ilə bağlı verilən qərarı şərh edib.

Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2 gün əvvəl Hatay sərhədində Əhrar əş-Şam qruplaşması tərəfindən vurulan təyyarənin pilotunu ailəsinin ziyarətinə icazə veriləcək.

Baş nazir bildirib ki, pilotun müalicəsi davam edir: "Onun ölkəsinə təhvil verilməsi məsələsi hələ ki, gündəmdə deyil. Mənəvi məsələdir. Pilot ailəsinin ziyarətinə icazə verəcəyik. İnsani münasibət bizim dəyərlərimizdə var".

Qeyd edək ki, 2 gün əvvəl terrorçular tərəfindən vurulan Suriya qırıcısının 56 yaşlı pilotu Məmməd Sufhanın fəqərə sümüyündə sınıq olduğu, ayaqları və üzündə yaraların olduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler