» » Rusiya Suriya danışıqlarına kürdlərin cəlb edilməsini istəyir

Rusiya Suriya danışıqlarına kürdlərin cəlb edilməsini istəyir

Bölmə: Dünya
Rusiya Suriya danışıqlarına kürdlərin cəlb edilməsini istəyir
"Rusiya Suriya üzrə danışıqlarda kürdlərin və Astana platformasına daxil olan müxalifət nümayəndələrinin iştirakını vacib hesab edir".

"Xalqinfo"nun TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Cenevrədə BMT-nin bölməsi yanında daimi nümayəndəsi Aleksey Borodavkin deyib.

O, onların Cenevrədəki danışıqların dördüncü mərhələsinə dəvət edilməməsindən təəssüfləndiyini bildirib. Borodavkin əlavə edib ki, Cenevrədəki görüşə Suriya müxalifətinin digər nüfuzlu nümayəndələri də dəvət olunmayıb.

Qeyd edək ki, Suriya müqaqişəsində PKK-nın Suriya qolu sayılan PYD və YPG kürd terror qruplaşmaları iştirak edir. Türkiyə kürdlərin Suriya danışıqlarına cəlb edilməsinin əleyhinədir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler