» » Cəmi bir aydan sonra - Vizasız Avropa turu...

Cəmi bir aydan sonra - Vizasız Avropa turu...

Bölmə: Dünya
Cəmi bir aydan sonra - Vizasız Avropa turu...
Martın 1-də Avropa Parlamentində Gürcüstan vətəndaşlarının Şengen zonası ölkələrinə vizasız səyahətini nəzərdə tutan sənədin imzalanmasına dair tədbir keçirilib.

Xalqinfo”nun “Regnum.ru”ya istinadən verdiyi məlumata görə, mərasimdə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Avropa və Avroatlantik məkana inteqrasiyası məsələləri üzrə dövlət naziri Viktor Dolidze və XİN rəhbəri Mixail Canelidze iştirak edib.

Sənədi Avropa Parlamentinin prezidenti Antonio Tayanni və Avropa İttifaqı-Malta ölkələrinin nümayəndələrinin parlamentdəki katibi Kris Aqius imzalayıb.

Qeyd olunur ki, sənəd bir neçə gün sonra Avropa İttifaqının rəsmi jurnalında dərc olunacaq, 20 gün sonra isə qüvvəyə minəcək. Gürcüstan vətəndaşları martın sonundan etibarən Aİ ölkələrinə vizasız gediş-gəliş əldə edəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler