» » Trampın müşaviri qalmaqallı fotosunu şərh etdi

Trampın müşaviri qalmaqallı fotosunu şərh etdi

Bölmə: Dünya
Trampın müşaviri qalmaqallı fotosunu şərh etdi
ABŞ prezidentinin müşaviri Kellienn Konuey Ağ Evdə prezidentin qarşısında nədən ayaqlarını qaldıraraq divanda əyləşməsini izah edib.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir çox tənqidçilər onu administrasiyaya hörmətsizlik etməkdə ittiham ediblər.

Konuey isə bildirib ki, həmin bucaqdan foto çəkməsini istəyiblər və o da məhz tapşırılan işi görüb:

“Mən qurban deyiləm, lakin insanlar sözlərinin mənasının ciddiyyətinə varmalıdırlar”.

Prezidentin köməkçisi Omaros Maniqol da Konueyin foto çəkməsini şərh edib: “Sözün düzü, bu çox sevimli an idi. O şəkildə oturmuşdu ki, yaxşı kadr tuta bilsin”.

Bundan başqa, mətbuatda Konueyin həqiqətən də foto çəkdiyini əks etdirən görüntüsü yerləşdirilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler