» » Rusiya qoşunları Ermənistanda döyüş hazırlığına başladı -

Rusiya qoşunları Ermənistanda döyüş hazırlığına başladı - VİDEO

Bölmə: Dünya, GÜNDƏM
Rusiya qoşunları Ermənistanda döyüş hazırlığına başladı -
Rusiyanın Ermənistanda yerləşən hərbi bölmələrinə döyüş hazırlığının yoxlanılması məqsədilə həyəcan siqnalı verilib. Rusiya hərbi bazasının birləşmələri "Kamhud" və "Alagöz" yüksək dağ poliqonlarına çıxıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi (CHD) məlumat yayıb.

"Həyəcan siqnalı üzrə döyüş hazırlığında motoatıcı, tank, kəşfiyyat, artilleriya və zenit bölmələri çətin taktiki şəraitdə hava hücumlarını dəf etmək, zəhərli maddələrin, daş uçqunlarının və şərti təxribat-kəşfiyyat qruplarının olduğu zonaların dəf edilməsi üzrə bacarıqlarını artırır", - CHD-nin yaydığı məlumatda bildirilib.

Hava Hücumundan müdafiə bölmələri hava məkanını Rusiyanın Erebunidəki hərbi bazasına məxsus "Buk M1-2", "S-300V" kompleksləri, "MiQ-29" qırıcı təyyarəsi, eləcə də "Mi-8Mt" və "Mi-24p" tipli helikopterlərdən istifadə edərək qoruyur.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler