» » E​rmənistanda mitinqlər başladı -

E​rmənistanda mitinqlər başladı - VİDEO

Bölmə: Dünya
E​rmənistanda mitinqlər başladı -
“Erməni Milli Konqresi” bu gün İrəvanda 2008-ci il 1 mart hadisələrinin qurbanlarının xatirəsini yad etmək məqsədilə mitinq keçirəcək.

Xalqinfo.az bildirir ki, mitinqə ölkədəki digər siyasi qurumların qoşulacağı gözlənilir. Yerli media qurumları insanların artıq küçələrə toplaşdığını bildiriblər.

Xatırladaq ki, 2008-ci il 19 fevral prezident seçkilərinin saxtalaşdırılmasına fasiləsiz olaraq 10 gün etiraz edən nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurmada 10 nəfər, o cümlədən iki hərbçi həlak olmuş, onlarla müxalifət fəalı yaralanmışdı. Bir çox müxalif siyasətçilər həbs edilmişdi. Bundan sonra ölkədə 20 günlük fövqəladə vəziyyət elan edilmiş, hakimiyyətə loyal olmayan KİV-lərin fəaliyyəti dayandırılmışdı.



Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler