» » Yanukoviç 45 illik arvadından boşandı -

Yanukoviç 45 illik arvadından boşandı - Fotolar

Bölmə: Dünya
Yanukoviç 45 illik arvadından boşandı -
Ukraynanın qaçmış prezidenti Viktor Yanukoviç 45 illik həyat yoldaşı Lyudmila ilə boşanıb.

Xalqinfo.az xəbər verir ki, keçmiş prezident bu haqda Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində deyib.

Yanukoviçin sözlərinə görə, o, indi keçmiş aşpazının bacısı ilə qeyri-rəsmi nikahda yaşayır.

Yanukoviçin birinci arvadı, həmçinin Ukraynanın 4-cü birinci xanımı Lyudmila Yenakiyevoda doğulub. Onun atası sement zavodunda işləyib, anası hüquqşünas olub.
Viktor və Lyudmila 1969-cu ilin dekabrında Yenakiyevo metallurgiya zavodunda tanış olublar. Onlar 1971-ci ilin noyabrında evləniblər.

KİV-ə daha əvvəl məlum oldu ki, Yanukoviç 39 yaşlı Lyubov Polejaya ilə Mejiqoredə yaşayır. Şahidlərin sözlərinə görə, o, Yanukoviçlə birlikdə 2014-cü il fevralın 23-də Ukraynadan Rusiyaya qaçıb.

Yanukoviç 45 illik arvadından boşandı -
Yanukoviç 45 illik arvadından boşandı -
Yanukoviç 45 illik arvadından boşandı -
Yanukoviç 45 illik arvadından boşandı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler