» » Putinin ən müasir silahı Yaxın Şərqdə peyda olur

Putinin ən müasir silahı Yaxın Şərqdə peyda olur

Bölmə: Dünya
Putinin ən müasir silahı Yaxın Şərqdə peyda olur
Rusiyanın ən güclü tanklarından biri Yaxın Şərqə yola düşür.

Xalqinfo.az SİTA agentliyinə istinadən xəbər verir ki, Rusiya Yaxın Şərqdə müasir döyüş tankı olan T-90MS üçün alıcı tapıb.
Müqavilə imzalansa da, Moskva tankın alıcısının məhz hansı ölkə olduğunu açıqlamayıb.

“2016-cı ilin dekabr ayında Yaxın Şərq ölkələrindən biri ilə böyük müqavilə imzalanıb. Yaxın vaxtlarda hərbi məhsulun bu növünün satışı ilə bağlı daha bir müqavilənin imzalanması nəzərdə tutulur”, - sənaye və ticarət naziri Denis Manturov informasiya agentliyinə bildirib.

Xarici bazar üçün xüsusi olaraq, yaradılan yeni tankın istehsalı hazırda kiçik templərlə gedir.

“T-90MS tanklarının kiçik seriyalı istehsalı qaydaya salınıb. Seriya istehsalın həcmini artıra biləcək texnoloji proseslər yerinə yetirilib”, - general Aleksey Maslov qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler