» » Moskvada müxalifət marş keçirir -

Moskvada müxalifət marş keçirir - Fotolar

Bölmə: Dünya
Moskvada müxalifət marş keçirir -
Rusiyanın paytaxtı Moskvada müxalifət Boris Nemtsovu anma aksiyası keçirir.

Xalqinfo.az "İnterfaks"a istinadən bildirir ki, paytaxt polisi aksiyanın keçirildiyi ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib.

Təntənəli yürüş başlanmazdan əvvəl naməlum şəxs aksiya iştirakçılarının önündəki 1-ci cərgədə dayanmış müxalifət siyasətçisi Mixail Kasyanovun üzünə "zelyonka" töküb. Həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan uzaqlaşdırılıb.

M.Kasyanov isə təntənəli yürüşün önündə hərəkətini davam etdirir, baxmayaraq ki, insidentdən sonra "zelyonka"nın ləkələri hələ də üzündə qalıb.

Xatırladaq ki, müxalif siyasətçi Boris Nemtsov 27 fevral 2015-ci ildə Böyük Moskva çayı körpüsündə, bilavasitə Kremlin yaxınlığında öldürülmüşdü.


Xalqinfo.az

Moskvada müxalifət marş keçirir -
Moskvada müxalifət marş keçirir -
Moskvada müxalifət marş keçirir -
Moskvada müxalifət marş keçirir -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler