» » Üçüncü dünya müharibəsinin ilk siqnalı verildi

Üçüncü dünya müharibəsinin ilk siqnalı verildi

Bölmə: Dünya, MARAQLI
Üçüncü dünya müharibəsinin ilk siqnalı verildi
Rusiya ABŞ-ı yeni "Soyuq Müharibə” ilə hədələdi

Xalqifo.az xəbər verir ki, Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski, ABŞ prezidenti Donald Trampın Moskva və Vaşinqton arasındakı "Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi-3”-ün birtərəfli olduğu fikrinə münasibət açıqlayıb.

Slutski Trampın sözlərinin narahatlıq yaratdığını bildirərək, ABŞ-ı "Soyuq Müharibə” ilə təhdid etdi: "Əgər Vaşinqton həqiqətən də nüvə sahəsində üstünlük əldə etmə siyasəti yürüdərsə, silahlanma yarışının yenidən qızışması və "Soyuq Müharibə” dövrünün geri qayıtması qaçılmaz olar”.

Parlamentari, 2021-ci ildə sona çatacaq müqavilənin gələcəyi ilə bağlı müzakirələrin, ən qısa zamanda başlanılmasının vacibliyini vurğuladı.

Slutski: "Nüvə razılaşmasının təməl prinsiplərinə sadiq qalmaq lazımdı. Bu sahədə tək bir ölkənin hakimiyyəti yolverilməzdi. Əks təqdirdə, beynəlxalq təhlükəsizlik sistemi tənəzzülə uğrayar və son illərdə nail olduğumuz bütün silahsızlaşdırma cəhdləri mənasını itirər” deyə fikrini tamamladı.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp nüvə silahı sahəsində ölkəsinin geri qaldığını bildirmiş, bu sahədə inkişafın və ən yüksək nöqtədə durmağın vacibliyini qeyd etmişdi.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler