» » Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib

Bölmə: Dünya
Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib
Fevralın 24-də Saqreco rayonundakı azərbaycanlıların kompakt yaşadığı Ləmbəli və Yor-Muğanlı kəndlərində etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, krediti ödəməyə imkanları olmayan kənd sakinləri hökumətdən kredit faizlərinin ödənilməsinin təxirə salınmasını tələb ediblər.

Etiraz aksiyasında iştirak edən sakinlər heyvandarlığın inkişafı üçün götürdükləri kreditlərə qoyulan faizlərin düzgün hesablanmadığını bildiriblər. Sakinlərin dediklərinə görə, faizlərin ödənilmə vaxtı keçdiyindən banklar onların əmlakını hərraca çıxarıb.

Aksiya iştirakçıları həmçinin bildiriblər ki, banklar onlara heyvandarlığın inkişafı üçün kredit vermək təklifini edəndən müəyyən bir müddət sonra faizlər artıb və kredit götürənlərin ödəmə imkanı tükənib. Onlar problem həll edilmədiyi halda kütləvi etiraz aksiyalarına başlayacaqlarını bildiriblər.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler