» » Erməni əsgər bizə güllə atmaq istədi, özü öldü

Erməni əsgər bizə güllə atmaq istədi, özü öldü

Bölmə: Dünya
Erməni əsgər bizə güllə atmaq istədi, özü öldü
Bu gün saat 00:45 radələrində cəbhədə ölən erməni əsgər Qora Xudinyanın ölüm səbəbi açıqlanıb.

Xalqinfo.az Axar.az- istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi müqavilə əsasında xidmət edən hərbçi Qora Xudinyanın fevralın 23-ü saat 00:45 radələrində avtomatdan atəş zamanı patronun lülədə partlaması nəticəsində aldığı qəlpə yarasından öldüyünü bildirib.

Qeyd edək ki, 2011-ci ildə Ermənistanın Rusiyadan “Kalaşnikov” avtomatının təkmilləşdirilmiş versiyasının istehsalına dair lisenziya aldığı barədə məlumat yayılmışdı. Bu silahların Ermənistanda istehsalı texnologiyasının qurulduğu və Ermənistanda AS-300 indeks ilə seriyalı istehsalına başlanıldığı xəbər verilirdi.

Çox güman ki, erməni əsgərin əlində partlayan avtomat da Ermənistan istehsalı olub. Çünki Rusiya istehsalı olan “Kalaşnikov” silahlarında belə nasazlıq baş vermir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler