» » Kod adı ortaya çıxdı - Ən azı 20-30 il sonra... + PLAN

Kod adı ortaya çıxdı - Ən azı 20-30 il sonra... + PLAN

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Kod adı ortaya çıxdı - Ən azı 20-30 il sonra... + PLAN
Fəthullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı hazırlanan iddianamədə diqqətçəkən bir detal yer alıb.

Xalqinfo.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, FETÖ üzvləri təşkilatın lideri Fəthullah Güləndən danışarkən “Kapitan” kod adından istifadə edirdilər.
İddianamə İstanbul Respublika Baş prokurorluğunun terror və mütəşəkkil cinayətlərlə mübarizə üzrə İstintaq Bürosu tərəfindən hazırlanıb. FETÖ-nün 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı olan iddianamə dünən tamamlanıb.

İddanamədə həmçinin Fətullah Gülənin İstanbuldakı Hərbi Hava Məktəbində 3-cü və 4-cü kurs tələbələri qarşısında çıxışı yer alıb. “Bizim işimiz çox uzundur, tələsməyin və özünüzü bildirməyin. Hərbidə, təhsildə, təhlükəsizlik güclərində, məhkəmə sistemində - bunların ən güclü idarələrində yerimizi tutacağıq. Ən azı 20-30 il sonra hərəkətə keçdiyimizdə kimsənin edə biləcəyi bir şey qalmayacaq”, - FETÖ təşkilatının Hava Qüvvələri Komandirliyindəki strukturun keçmiş üzvü, təqaüdçü polkovnik-leytenant Gürol Doğan Gülənin sözlərini sitat gətirib.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler