» » Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq

Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq

Bölmə: Dünya
Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayacaq
ABŞ prezidenti Donald Tramp fevralın 24-də miqrasiya ilə bağlı yeni fərman imzalayacaq.

Xalqinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalına Ağ Evdən bildiriblər.

Məlumata əsasən, yeni fərmanla ABŞ ərazisinə daxil olan və burada yaşayan miqrantlara qarşı yoxlamaların sərtləşdirilməsi gözlənilir.

Bundan əvvəl Tramp administrasiyası yanvarın sonunda hakimin qərarından məhkəməyə apelyasiya şikayəti verməkdən müvəqqəti olaraq imtina edib.

Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Daha sonra məhkəmə prezidentin miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler