Millət vəkili canlı efirdə ölüm təhdidi aldıBölmə: Dünya
Türkiyə Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Selin Sayek Böke CNN Türk kanalının canlı efirində ölümlə təhdid edilib. Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, kanala zəng edən bir şəxs “həyatına son qoyulacaq, evinə gedə bilməyəcəksən” deyib. Millət vəkili CNN Türk binasına gələn polislərin müşayiəti ilə buradan ayrılıb və təyyarəyə onların müşayiəti altında minib. Ankara Esenboğa hava limanında isə Selin Sayek Bökeni polis qrupu qarşılayıb. O, polislər və CHP-li səlahiyyətlilərin müşayiəti ilə evinə qədər gətirilib. Daha əvvəl isə təhlükəsizlik işçiləri onun yaşadığı binada genişmiqyaslı axtarış aparıb. Polis hazırda telekanala zəng edən şəxsin kimliyini araşdırır. Xalqinfo.az |
XƏBƏR LENTİ
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|