» » “Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsi var”

“Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsi var” Poroşenko

Bölmə: Dünya
 “Rusiya ilə genişmiqyaslı müharibə təhlükəsi var”
“Ukraynanın cənubi-şərqində və Dnestryanı ərazidə yerləşən Rusiya hərbi kontingentindən istənilən vaxt ərazilərimizə hücum üçün istifadə edilə bilər”.

Xalqinfo.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirlə Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin silahlı qüvvələrinin rəhbər heyəti ilə görüşündə çıxış edib.

“Rusiya tərəfindən genişmiqyaslı müharibə təhlükəsi heç yerə yoxa çıxmayıb”, - Poroşenko əlavə edib.

Ukrayna prezidenti vurğulayıb ki, Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkiləri Ukrayna Silahlı Qüvvələrindən yüksək döyüş hazırlığı tələb edir:

“Rusiya “hibrid müharibə”nin davamı olaraq özünün imperiya planlarını reallaşdırmağa çalışacaq. Bütün istiqamətlər üzrə hərbi gücün genişmiqyaslı tətbiqi istisna edilmir. Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkiləri Ukraynanın Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı üçün əlavə arqumentdir. Tamamilə aydındır ki, “əzələlərlə oyun” əsas seçki texnologiyasıdır.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler