» » Dünyanın ən kiçik “3G” modemi yaradılıb

Dünyanın ən kiçik “3G” modemi yaradılıb

Bölmə: Dünya
Dünyanın ən kiçik “3G” modemi yaradılıb
“Intel” şirkəti 300 kv.mm ölçüsündə dünyanın “XMM 6255” adlı ən kiçik “3G” modemini hazırlayıb. Modemin ölçüsü 1 sentlik sikkədən bir qədər böyükdür.

ans press-in “ICTnews”a istinadən məlumatına görə, “XMM 6255” modemi “SMART UE2p” radiotezlik qəbuledici ötürücüsü, yaddaş modulu və daxili enerji blokundan ibarətdir. Maksimal yükləmə sürəti saniyədə 7,2 meqabit (MB) və serverə yükləmə sürəti saniyədə 5,6 MB təşkil edir.

“Intel” şirkətindən bildirilib ki, “XMM 6255” modemi daşınan elektronika, həmçinin "ağıllı ev" texnologiyasının inkişafında geniş tətbiq edilə bilər. Məsələn, “3G”-modem məişət texnikası, həmçinin mühafizə sisteminə quraşdırıla bilər.

Bundan başqa, şirkət nümayəndələri bildiriblər ki, “XMM 6255” modemi istiliyə qarşı davamlıdır və ekstremal şəraitlərdə işləyə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler