» » Öldürülən Kim Çen Inın qardaşı deyilmiş – Açıqlma

Öldürülən Kim Çen Inın qardaşı deyilmiş – Açıqlma

Bölmə: Dünya, MANŞET
Öldürülən Kim Çen Inın qardaşı deyilmiş – Açıqlma
“Malayziyada öldürülən şəxs Koreya Xalq Demokratik Respublikasının başçısının qardaşı deyil, onun adı Kim Çxoldur”.

Xalqinfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının Malayziyadakı səfiri Kan Çxol deyib.

Səfir qətl faktı üzrə Malayziya araşdırmasına etibarsızlığını ifadə edib.

“Hadisədən yeddi gün keçib, amma ölümün səbəbləri haqqında heç bir sübut verilməyib. Biz Malayziya polisinə etibar edə bilmirik. Səfirlik öldürülənin şəxsiyyətini müəyyən etdi. Pasportunda da göstərildiyi kimi, o, Koreya Xalq Demokratik Respublikası vətəndaşı Kim Çxoldur”, - deyə səfir bildirib.

Qeyd edək ki, qətl hadisəsi fevralın 13-də Malayziyanın paytaxtı Kuala-Lumpurda aeroportunda baş verib. Malayziya polisi öldürülən şəxsin Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın qardaşı Kim Çen Nam olduğunun açıqlayıb. Onun iki qadın tərəfindən zəhərləndiyi bildirilir.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler