» » Hamilə olduğunu doğuşdan 1 saat əvvəl öyrəndi

Hamilə olduğunu doğuşdan 1 saat əvvəl öyrəndi

Bölmə: Dünya, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Hamilə olduğunu doğuşdan 1 saat əvvəl öyrəndi
Amerika Birləşmiş Ştatlarında (ABŞ) ağlasığmaz hadisə baş verib. Belə ki, Stephanie Jaegers adlı xanım hamilə olduğunu doğuşdan bir saat əvvəl öyrənib.

Xalqinfo.az xəbər verir ki, qarın nahiyəsində güclü ağrılar baş qaldırdığından, 37 yaşlı qadın həyat yoldaşının köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı cütlük eşitdikləri xəbərə inanmayıb. Həkimlər qadının 38 həftəlik hamilə olduğunu bildiriblər. Dərhal doğum şöbəsinə yönləndirilən xanım, 1 saat sonra dünyaya uşaq gətirib.

“Kimsə mənə belə bir hadisənin baş verdiyini desəydi, inanmazdım. Amma öz başıma gəldi. Mən hamilə olduğumu bu aylar ərzində qətiyyən hiss etməmişəm", - deyə qadın bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler