» » “Məhkəmənin qərarı ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir”

“Məhkəmənin qərarı ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir” Tramp

Bölmə: Dünya
“Məhkəmənin qərarı ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir”
Sietl federal məhkəməsinin qərarı ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir.

"Xalqinfo"nun APA-ya istinadən xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp özünün “Tvitter” hesabında yazıb.

“İnana bilmirəm ki, necə hakim Ceyms Robart ölkəmizi təhlükə altına ata bilərdi. Hər hansı xoşagəlməz hadisə baş verərsə, o zaman Robart və məhkəmə sistemi günahkar olacaq”, D.Tramp yazıb.

Fevralın 4-də ABŞ-ın Sietl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir. ABŞ Apelyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin Sietl məhkəməsinin prezident Donald Trampın immiqrasiya fərmanının icrasının dayandırılmasına dair qərarından verdiyi apelyasiya şikayətini rədd edib.

Qeyd edək ki, D. Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler