» » Türkiyədə polis səhvi -

Türkiyədə polis səhvi - 65 yaşlı ana öldü...

Bölmə: Dünya
Türkiyədə polis səhvi -

Türkiyədə polisin səhv evə basqın etməsi ölümlə nəticələnib.

Xalqinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib. Məlumata görə, iki polis Əli Yücəl adlı şəxsin yaşadığı evə gələrək onun cinayətdə şübhəli bilindiyini və axtarıldığını deyib.

Heç bir cinayət törətmədiyin deyən Əlini polis qandallayan zaman 65 yaşlı ana Hənifə Yücəlin vəziyyəti pisləşib və infarkt keçirib. Evə təcili yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Baş verənlər bununla da bitməyib. Belə ki, digər polis zərfdən şübhəli şəxsin fotosunu çıxaran zaman məlum olub ki, axtarılan şəxs Əli deyil. Bütün bunlardan sonra Yücəl ailəsi hər iki polisdən şikayətçi olduğunu bildirib. Polis onlar barəsində cinayət işi açılacağını deyib.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler