» » Erməni qadın Avstraliyada baş nazir seçildi

Erməni qadın Avstraliyada baş nazir seçildi

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Erməni qadın Avstraliyada baş nazir seçildi

Erməni əsilli siyasətçi Qledis Bereyiklian Avstraliyanın Yeni Cənubi Uels ştatının yeni baş naziri seçilib.

Azvision.az xəbər verir ki, Bereyiklian sayca ştatın 45-ci baş naziri olub.

46 yaşlı Qledis Bereyiklian bu gün günorta saatlarında liberallar partiyasında keçirilən seçkilərdə asanlıqla qələbə qazanıb. O, baş nazir postunda Mayk Bayirdi əvəzləyəcək.

Qeyd edək ki, Qledis Bereyiklian 1970-ci il sentyabrın 22-də Sidneydə anadan olub.

Daha əvvəl Qledis Bereyiklian Bayird hökumətlərində Yeni Cənubi Uelsin xəzinədarı, Sənaye əlaqələri üzrə, Nəqliyyat və Ovçuluq nazirləri postlarını tutub. O, həmçinin 2014-2017-ci illərdə Yeni Cənubi Uels Liberal Partiyası sədrinin müavini vəzifəsini yerinə yetirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler