» » Günün hadisəsi... - Canlı yayım +Fotolar

Günün hadisəsi... - Canlı yayım +Fotolar

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Günün hadisəsi... - Canlı yayım +Fotolar

Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar başlanıb.

Xalqinfo.az APA-ya istinadən xəbərinə görə, Donald Tramp və həyat yoldaşı Melaniya Tramp artıq Ağ Evə daxil olub.

Burada onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.

Prezidentliyinin sonuncu günü Obama “Tvitter” hesabında “Sizlərin xidmətinizdə olmaq şərəfli işdir, sizlər mənə daha yaxşı lider və daha yaxşı insan olmaq imkanı verdiniz. Hər zaman bir vətəndaş olaraq yanınızda olacağam”, deyə bildirib.

Qarşılanma mərasimində B.Obama D. Trampa “Sizi görmək çox xoşdur” deyə müraciət edib, təbriklərini çatdırıb.

Qeyd edək ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.

***

Obama ilə Tramp Ağ Evi birlikdə tərk edərək andiçmə mərasimininin keçiriləcəyi Kapitoliyaya doğru gediblər.

***

Tədbirdə diqqət çəkən məqamlardan biri də eks-dövlət katibi Hillari Klintonun ağ rəngli geyimidir.

Günün hadisəsi... - Canlı yayım +Fotolar














***

Andiçmə mərasiminin yaxınlığında Tramp əleyhinə aksiya keçirilir. İştirakçılarla polis arasında qarşıdurma olub. Saxlanılanların olduğu deyilir.

***

Mərasim başlayıb.

***

Tramp and içib. O, çıxışına mərasimə qatılan sabiq prezidentlərə və Amerika xalqına təşəkkürlə başlayıb.

Özəlliklə Obama ailəsinə təşəkkür edib.

***

Beləliklə, Ağ Evdə Trampın hakimiyyətinə start verilib.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru



Günün hadisəsi... - Canlı yayım +Fotolar
Günün hadisəsi... - Canlı yayım +Fotolar
Günün hadisəsi... - Canlı yayım +Fotolar
Günün hadisəsi... - Canlı yayım +Fotolar
Günün hadisəsi... - Canlı yayım +Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler