» » “Onlar fahişələrdən betərdir”

“Onlar fahişələrdən betərdir” Putin

Bölmə: Dünya, BLOK XƏBƏR
“Onlar fahişələrdən betərdir”

Rusiya prezidenti Vladimir Putin rus kəşfiyyatının ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zərər verəcək məlumatlar topladığına dair iddiaları ilk dəfə şərh edib.

Xalqinfo.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Putin moldovalı həmkarı İqor Dodonla görüşdən sonra keçirdiyi mətbuat konfransında iddialara cavab verib.

Rusiya lideri Trampa quyu qazmağa çalışdıqlarını söyləyib. 2014-cü ildə Ukraynada Rusiya meylli hökuməti devirmək üçün başlanan etiraz nümayişlərini xatırladan Putinın sözlərinə görə, bəziləri Vaşinqtonda yeni bir Maydanı səhnələşdirmək istəyirlər.

“Bu yalan xəbərləri yayanlar fahişələrdən betərdir. Onlarda heç bir mənəvi məhdudiyyət yoxdur”, - deyə Putin bildirib.

Qeyd edək ki, yanvarın 11-də “BuzzFeed” saytı Britaniya kəşfiyyatının keçmiş əməkdaşının məruzəsini dərc edib. Məruzədə iddia edilir ki, Rusiyada Trampı etibardan salan informasiyalar var.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler