» » ABŞ-ın bu addımı Putini özündən çıxaracaq

ABŞ-ın bu addımı Putini özündən çıxaracaq

Bölmə: Dünya
ABŞ-ın bu addımı Putini özündən çıxaracaq

Estoniyanın müdafiə naziri Marqus Saxkna və ABŞ-ın bu ölkədəki səfiri Ceyms Mervil hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Xalqinfo.az xəbər verir ki, müqavilədə Amerika hərbi qulluqçularının Estoniyada fəaliyyətinin sadələşdirilməsi və hüquqi nizama salınması nəzərdə tutulur.

“Bu, təhlükəsizlik sahəsində ABŞ və Estoniya əməkdaşlığını möhkəmləndirəcək”, - deyə ABŞ səfiri bildirib.

Müqavilə, həmçinin amerikalı əsgərlərə Estoniyanın qapalı hərbi obyektlərə giriş hüququ da verir.

Qeyd edək ki, bu müqavilə ABŞ-ın Şərqi Avropa boyunca Rusiya sərhədinə hərbi qüvvələr yerləşdirməsi fonunda diqqət çəkir. Rusiya Baltikyanı ölkələrdə Amerika ordusunun mövqelərinin güclənməsini özünə qarşı təhdid olaraq görür.

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Estoniya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlıdırlar:
“Biz qarşıdurmanın olmasını istəmirik”.(publika)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler