» » Ərdoğan “Reina” terrorçusundan və başına gələn hadisədən danışdı

Ərdoğan “Reina” terrorçusundan və başına gələn hadisədən danışdı

Bölmə: Dünya
Ərdoğan “Reina” terrorçusundan və başına gələn hadisədən danışdı

“Dünən gecə təhlükəsizlik güclərimiz Ortaköyde baş verən hücumu törədən terrorçunu yaxaladı. Bütün kəşfiyyat və təhlükəsizliyik güclərimizi təbrik edirəm”.

Xalqinfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Reina” terrorunu törədən Əbu Muhammed Əl Horasani kod adlı Abdulkadir Maşaripovun tutulmasına münasibət bildirərkən deyib.

Ərdoğan qeyd edib ki, hər kəs etdiklərinin cavabını alacaq: “Bu ölkədə heç bir cinayətkar cəzasız qalmayacaq”.

Ərdoğan Türkiyənin təqdir olunacaq ölkə olduğunu bildirib: "Qərb zəngin olmasına baxmayaraq, miqrantları qəbul etmir. Amma Aylan körpənin fotolarını manşetlərə daşıyırlar. Ümran körpəni də jurnallara çıxarırlar. İşə gəlincə, heç nə etmirlər. Biz isə tarix boyu həmişə darda qalanın, zülmə uğrayanın yanında olduq, olmağa da davam edəcəyik. Millətimiz ölkəsinə sahib çıxdıqca, Allahın köməkliyi ilə həll edə bilməyəcəyimiz problem yoxdur. Bizlər 14 il boyunca dayanmadan işlədik, rəhmətlik Özalın təbirincə desək, bütöv bir çağı geridə qoyduq”.

Türkiyə prezidenti keçmişi xatırlayaraq deyib ki, 14 il öncə hər qurumun ayrı xəstəxanası var idi.

“14 il öncə məmur olan şəxs evinin yanındakı xəstəxanaya gedə bilmirdi. Mənim başıma bununla bağlı hadisə gəlib. Bir qəza keçirdim, dostlar məni xəstəxanaya çatdırdı. Özümdə deyildim, amma dumanlı da olsa deyilənləri eşidirdim. Soruşdular ki, sığortalı məmurdur? Sığortalı olduğumu eşidəndə qəbul edə bilməyəcəklərini bildirdilər. Belə qəribə vəziyyətdən bu günlərə gəldik. Biz bunların hamısını birləşdirdik və vətəndaşlar istədiyi yerdə müalicə oluna bilərlər. İndi hər kəs istədiyi aptekdən dərmanını ala bilir”, - deyə o bildirib.



Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler