» » Terrorçunun evindən çıxanlar hər kəsi şoka saldı -

Terrorçunun evindən çıxanlar hər kəsi şoka saldı - Fotolar

Bölmə: Dünya, BLOK XƏBƏR
Terrorçunun evindən çıxanlar hər kəsi şoka saldı -

Xəbər verdiyimiz kimi, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov dünən gecə tutulub.

Xalqinfo”nun “Hurriyet”ə istinadən məlumatına görə, İstanbulda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində saxlanılan terrorçunun yanında 4 yaşlı oğlunun olduğu deyilirdi. İstanbul valisi Vasip Şahin bu xəbəri təkzib edib: “Qızı anası ilə birlikdə idi. Oğlunun atasının yanında olduğunu düşünürdük, amma əməliyyat zamanı tapmadıq”.

Uşağın aqibətinin necə olacağına dair sualı cavablandıran vali “Uşaqlarla bağlı həm bizim milli qanunvericilikdə, həm də beynəlxalq razılaşmalarda fərqli hökmlər var. O uşağın təhlükəsizliyi bu hökmlərə əsasən təmin olunacaq” deyə bildirib.

V. Şahinin sözlərinıə görə, Türkiyə polisi hazırda uşağın axtarışlarını aparır.

Terrorçunun saxlanıldığı evdə uşağa aid paltar tapılıb.

Qeyd edək ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə. Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.

Ə. Maşaripovun 2 il ərzində Əfqanıstan və Pakistandatəlim gördüyü, özbək, rus, ərəb, çin dillərini və türkiyə türkcəsini bildiyi deyilir.

Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.
Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Terrorçunun evindən çıxanlar hər kəsi şoka saldı -
Terrorçunun evindən çıxanlar hər kəsi şoka saldı -
Terrorçunun evindən çıxanlar hər kəsi şoka saldı -
Terrorçunun evindən çıxanlar hər kəsi şoka saldı -
Terrorçunun evindən çıxanlar hər kəsi şoka saldı -
Terrorçunun evindən çıxanlar hər kəsi şoka saldı -
Terrorçunun evindən çıxanlar hər kəsi şoka saldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler